AZ

Separatçılar yenə xəyallarda yaşayırlar: “Qarabağı ala bilərik”

Ermənistanda sığınacaq tapmış bir qrup separatçı yenidən fəallaşaraq, Qarabağ məsələsini gündəmə gətirməyə başlayıblar. Tribunainfo.az xəbər verir ki, bu dəfə onlar yenə müharibə ritorikasından istifadə edirlər.
Vaxtıyla Qarabağda terrorçuların təşkil etdiyi qondarma “özünümüdafiə dəstəsi”nin “1-ci ordu komandanı” olmuş Arkadi Karapetyan iddia edib ki, onların hər şeyə gücü çata bilər. “Bu dünyanı bildiyim üçün bir şeyi açıq deyə bilərəm, döyüşmək istəyirsənsə, sənə silah verən həmişə olacaq”.
Onun sözlərinə görə, kiçik dövlət olmaları heç nəyi dəyişmir. “Biz bir olsaq, kiçik dövlət olmağımız əsas səbəb olmayacaq. Qarabağı da geri alacağıq, hələ Qərbi Ermənistanı da”.
P.S. Bu xəstələrin yenə qırılmaq keçir könüllərindən. 44 günlük müharibədə siçan deşiyi axtaran və bununla da canlarını güc-billah qurtaran separatçılar görünür, yenidən başlarının əzilməsini arzulayırlar.

Seçilən
4
7
tribunainfo.az

8Mənbələr