26.01.2025-ci il tarixində saat 17:50 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Ona kəskin tənəffüs çatmamazlığı diaqnozu təyin edilib, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək süni tənəffüs cihazına qoşulub.
Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, 27.01.2025-ci il tarixində saat 12:50 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
***
09:16
Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.
Modern.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.