AZ

Güney Azərbaycanın 3 şəhərində etiraz aksiyası keçirildi

Güney Azərbaycanın Urmu, Təbriz və Zəncan şəhərlərində İran Telekommunikasiya Şirkətinin işçiləri və təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Rabitə Nazirliyinin yerli şöbəsinin qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

visiontv.az



Seçilən
0
2
visiontv.az

10Mənbələr