AZ

"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı

Xəbər verdiyimiz kimi, yanvarın 8-də "Kapital Bank" ASC-nin 25 milyon ABŞ dolları məbləğində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib.

İstiqrazları yanvarın 10-dan etibarən 12 gün ərzində Bankın filiallarından əldə etmək mümkün olub.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yanvarın 24-də yekunlaşıb.

120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin məbləği 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

"Kapital Bank"ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. İstiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Seçilən
3
20
publika.az

10Mənbələr