AZ

Sosial Dəstək Mərkəzinin 500 min manatdan çox yığılmış zərəri var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü ili 156 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 190 min manat xalis zərərlə çıxmışdı.

Bununla da, Sosial Dəstək Mərkəzinin yığılmış zərəri 40,7 % artaraq 539 min manata çatıb.

2023-cü ildə Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 868 min manat (2022-ci ilə nisbətən 19,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 510 min manat (1 % çox), sosial xidmət və maddi yardım xərcləri 246 min manat (69,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 203 min manat (6,5 % az), inzibati və digər əməliyyat xərcləri isə 65 min manat (25 % çox) təşkil edib.

2024-cü ilin yanvarın 1-nə Sosial Dəstək Mərkəzinin akitvləri, həm də balans kapitalı 2,937 milyon manat olub ki, bu da illik müqayisədə 5 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri olmayıb.

Seçilən
6
7
aznews.az

8Mənbələr