Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanın Danimarkadan alınması üçün hərəkətə keçəcəyini bəyan etmişdi. Trampın bu təhdidindən sonra onunla 45 dəqiqəlik telefon danışığı aparan Danimarkanın Baş naziri Mette Frederiksen görüşdən sonra skandinav həmkarlarını evində qonaq edib.
“AzPolitika” xəbər verir ki, Frederiksen məsələni müzakirə etmək üçün İsveçin Baş naziri Ulf Kristersson, Norveçin Baş naziri Conas Qahr Store və Finlandiya Prezidenti Aleksandr Stubb ilə axşam yeməyində bir araya gəlib.
Danimarka baş naziri evində keçirilən görüşü sosial media hesabından paylaşıb və bunları yazıb:“Hər kəsə salam. Vəziyyətin qısa xülasəsi budur. Finlandiya, Norveç və İsveçdən olan skandinaviyalı həmkarlarımı bu axşam evimə şam yeməyinə dəvət etdim. Biz Skandinaviya ölkələri həmişə bir arada durmuşuq və haazırki gələcəyi bəlli omayan vəziyyət bizim ittifaq və dostluğumuzu daha da vacib bir vəziyyətə gətirib”.