AZ

Bakıda saxlanılan saxta hakim ekstradisiya olunacaq

"Bakı hava limanında saxlanılan keçmiş hakim Yelena Xaxaleva Rusiyaya ekstradisiya olunacaq".

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Azərbaycanda saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq. Xaxaleva Bakıdan Dubaya getməyi planlaşdırarkən hava limanında saxlanılıb. Qadın pasport nəzarətindən keçən zaman onun axtarışda olduğu məlum olub. Azərbaycan məhkəməsi müvafiq qərar verdikdən sonra o, Rusiyaya təhvil veriləcək”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Yelena Xaxaleva 2022-ci ildə xüsusilə külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinərək beynəlxalq axtarışa verilib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
3
3
xezernews.az

5Mənbələr