AZ

Tramp Konqresdən sərhədlə bağlı əlavə maliyyə istəyib

Konqres sərhəd təhlükəsizliyini gücləndirmək üçün əlavə maliyyələşdirmə üzərində hərəkət etməlidir. Bu barədə ABŞ prezidenti Donald Tramp Mayamidə respublikaçı konqresmenlərin partiya toplantısında bildirib. Məlumatı “Anadolu” verib. 

Tramp deyib ki, daxili siyasətin ən mühüm məsələlərindən biri ABŞ-ın Meksika ilə sərhədinin təhlükəsizliyidir: “Mən ABŞ-ın suveren sərhədlərini tam və daimi olaraq bərpa etmək planlarımızı həll edəcək qanunvericilik üzərində Konqreslə işləməyi səbirsizliklə gözləyirəm”.

ABŞ prezidentinin sözlərinə görə, qanun layihəsi sərhəd patrulunun rekord sayda artırılması üçün hərtərəfli maliyyələşdirməni, həmçinin İmmiqrasiya və Gömrük Mühafizəsi və Sərhəd Patruluna ödənişləri əhatə edəcək.

“Bir çox insanlar deyir ki, ən böyük problem inflyasiya və iqtisadiyyatdır, sərhəd isə üçüncü problemdir. Mən həmişə düşünürdüm ki, sərhəd təhlükəsizliyi bir nömrəli problemdir”, – Ağ Evin rəhbəri bildirib.

O əlavə edib ki, hökumət deportasiya səyləri və dəstə üzvlərinə qarşı əməliyyatlarla çox sürətlə irəliləyəcək: “Biz cinayətkar qeyri-qanuni mühacirləri ovlayırıq, onları nəzarətə götürürük və ölkədən çıxarırıq”.

P.ƏMİRCANOV
XQ

Seçilən
20
27
xalqqazeti.az

10Mənbələr