Azərbaycana bəzi ölkələrdənheyvan mənşəli məhsulların idxalına məhdudiyyətlər qoyulub.
Teleqraf.com Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanların çiçək, PolşANINKuyavsk-Pomorsk ərazisində Nyukasl, Nigeriyanın Katsina ştatında, Böyük Britaniyanın Qərbi Midland və Cənub-Şərqi regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Dünya Heyvan Sağlamlığı Təşkilatı xəbərdarlıq edib. Bundan sonra Qida Təhlükəsizliyi Agentliyi də məhztəşkilata əsaslanaraq bu məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.
Qeyd edək ki, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Müəllif: İlahə Səlimova