2025-ci ilin 6 fevralında saat 11:00-da Bakı Hərrac Mərkəzində iki daşınmaz əmlak hərraca çıxarılacaq.
“Azərbaycan Hava Yolları”nın təyyarələri üzrə - HƏRRAC LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu əmlaklar Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Atabank" və "Zaminbank" ASC-lərinə məxsusdur.
İlk əmlak "Atabank" ASC-nin Əli-Bayramlı şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0.55 ha torpaq sahəsində yerləşən, 6A nömrəli, 2 girişli, 314.7 kv.m ümumi, 275.7 kv.m əsas, 39 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır (Ofis). Əmlakın ilkin satış qiyməti 430 000 manatdır.
İkinci əmlak "Zaminbank" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən 60 nömrəli mənzildir. Mənzilin sahəsi 41.37 kv.m-dir və ilkin satış qiyməti 53 000 manatdır.
Qeyd edək ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67