AZ

Azərbaycan, Türkiyə və Qazaxıstanın mediatorları ilə Gürcüstanda görüş keçiriliib - FOTOLAR

Azərbaycan, Türkiyə və Qazaxıstanı təmsil edən mediatorlarla Gürcüstan Respublikası Ədliyyə Nazirliyində görüş keçirilib.

QHT.az xəbər verir ki, 27 yanvar tarixində Türk Dünyası Arabulucular Birliyinin rəhbər heyətinin Gürcüstan Respublikasına səfəri çərçivəsində Gürcüstan Ədliyyə Nazirliyində görüş keçirilib. Görüşdə Gürcüstan Ədliyyə Nazirliyinin departament rəhbərləri, Azərbaycan Respublikası Mediasiya Şurasının sədri Nadir Adilov, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov iştirak edib.

Görüş çərçivəsində mediasiya institutunun inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları, hüquqi tənzimləmə mexanizmləri, birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Görüşdə Gürcüstan tərəfi ölkədə mediasiya sisteminin formalaşması və tətbiqi barədə məlumat verib. Azərbaycandan olan nümayəndələr isə ölkədə mediasiya institutunun inkişafı ilə bağlı görülən işlər, həyata keçirilən hüquqi islahatlar və mediasiya sisteminin daha da təkmilləşdirilməsi üçün atılan addımlar haqqında məlumat verib.

Eyni zamanda görüşdə tərəflər Sinqapur Konvensiyası və onun mediasiya sahəsində beynəlxalq əməkdaşlığa təsiri haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi konvensiyaya qoşulmaq məsələsini nəzərdən keçirdiyini və bu istiqamətdə aparılan təhlillərin davam etdiyini bildirib. Həmçinin Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Sinqapur Konvensiyasının yalnız kommersiya mübahisələrini əhatə etdiyini qeyd edərək, türk dövlətləri və qonşu ölkələr üçün daha geniş hüquqi mübahisələri əhatə edən yeni bir regional mediasiya konvensiyasının hazırlanmasının vacibliyini vurğulayıb. Bu yeni konvensiyanın kommersiya mübahisələri ilə yanaşı, daha geniş hüquqi problemlərin həllini də əhatə etməsi təklif olunub.Bununla yanaşı, mediasiyanın gənclər arasında təşviq edilməsi və bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsi də müzakirə mövzusu olub.

Hüquq fakültələrinin tələbələri üçün mediasiya sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş birgə proqramların təşkil olunması təklif edilib. Bu təşəbbüs çərçivəsində tələbələrin mediasiya mexanizmləri ilə yaxından tanış olması, praktiki biliklər əldə etməsi və gələcəkdə mediasiyanın inkişafına töhfə verməsi hədəflənir.

Görüşdə həmçinin mediasiya institutunun inkişafına ehtiyacı olan qonşu ölkələrə dəstək vermək məsələsi müzakirə edilib. Sonda xatirə şəkli çəkilib.

Seçilən
4
qht.az

1Mənbələr