AZ

Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi (FOTO)

Bakı. Trend:

Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiştexnoloji həllərini təqdim ediblər.

Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify”şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonubaş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkanyaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnolojihəlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startapekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativideyalarını həyata keçirmək üçün effektiv platforma rolunuoynayıb.

Yarışa 12-18 yaş arasında olan gənclərdən ibarət ümumilikdə 11komanda qatılıb. Yarışçılara ətraf mühitin mühafizəsinə yönəlmiştexnoloji problemlərin həllinə 6 saat vaxt ayrılıb. Komandalarmentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayaraqmünsiflər heyətinə təqdim ediblər.

Münsiflər heyətinin qərarına əsasən ekoloji layihələrdə bonusxal sistemi vasitəsilə iştirakı təşviq edən təşəbbüs ilə “Bono”komandası qalib gəlib. 2-ci yerin sahibi dayanıqlı şəhər layihəsiilə “Homeboys” komandası, 3-cü yerə isə meşə yanğınlarına qarşıdron həlli təklifi ilə “JoshuaTech” komandası seçilib.

Qalib komandalar baş sponsor Azercell-in xüsusi mükafatları ilətəltif olunublar.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında dahaətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinədaxil olun.

Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Azercell-in
Məqalədə:
Seçilən
3
42
az.trend.az

10Mənbələr