Ordumuz erməni xalqı üçün taleyüklü və ağır şəraitdə formalaşıb və “Ermənistan-Artsax-Diaspor” üçlüyü (hazırda bu üçlük tarixin zibilliyinə atılıb) sayəsində müstəqilliyimiz uğrunda mübarizədə qalib gəlib.
KONKRET.az xəbər verir ki, bu sərsəm fikirləri Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan öz Facebook səhifəsində yazıb.
“Bu gün sizin əsl qəhrəmanlıq və şərəfli yolunuzu təhrif etməyə, alçaltmağa çalışsalar da, əminəm ki, siz xalqla birlikdə bir daha ayaq üstə dayanacaq, qarşıya qoyduğunuz tapşırıqları yerinə yetirməyə hazır olacaqsınız. Düşmən qoy şübhə etməsin ki, bizim zərbəmizin gücünü bir daha görəcək”, deyə o, əlavə edib.
Yeri gəlmişkən, bu gün Ermənistanın ordu günü münasibətilə keçirilən tədbirlərdə Azərbaycana qənim kəsilən, 1-ci Qarabağ savaşında torpaqlarımızı viran qoyan, minlərlə vətəndaşlarımızı qətlə yetirən faşist Ermənistanın “qəhrəmanları” sanki sıraya düzülərək rəsmi Bakını hədələyir və revanşist çıxışlar edirlər.
Levon Ter-Petrosyanın 600 illik arzularını 44 gündə məhv edən Ordumuz isə belə “bəyanatları” qulaqardına vurur, öz tarixi missiyasını həyatı keçirməyin anını gözləyir.
O missiya Qərbi Azərbaycana, əzəli torpaqlarımıza qayıtmaqdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az