AZ

Azərbaycan futbolunda daha bir görünməmiş olay - Baş məşqçi prezidenti olduğu klubu…

«Səbatl»in baş məşqçisi Cavid Hüseynov «Cəbrayıl»ı fəaliyyətini dayandırmaq təhlükəsindən xilas edib.

Bir neçə aydır maddi çətinlik yaşayan klubun I Liqadakı debüt mövsümünü yarımçıq başa vurmayacağı artıq dəqiqdir.

Çünki Şahin Məmmədov geri qayıdıb. Üç ilə yaxın müddətdə «Cəbrayıl»ın maliyyələşməsində yaxından iştirak eləmiş iş adamı yenidən rəhbərliyə dönüb.

Klubun təsisçisi və prezidenti olan C.Hüseynov adıçəkilən biznesmenin «Cəbrayıl»a qayıdışından ötrü ona edilən təkliflə razılaşıb.

Belə ki, o, təsisçilik payının əhəmiyyətli bir hissəsini təmənnasız olaraq Məmmədova verib. Sonuncu da bu anlaşmanın qarşılığında komandanın xərclərini ödəməyi öz üzərinə götürüb.

Birinci liqada ilk mövsümünü keçirən «Cəbrayıl» 11 tura 14 xal toplayıb. Qarabağ təmsilçisi bu nəticəylə turnir cədvəlinin 5-ci pilləsində «mənzillənib».

SPORTİNFO.AZ

Seçilən
10
50
sportinfo.az

10Mənbələr