AZ

İsmayıllıda yeni doğulan körpə niyə öldü? - TƏBİB-dən açıqlama


Ötən gün İsmayıllıda 29 yaşlı N. Həkimovanın doğuşdan sonra ölən körpəsinin ölümü ilə bağlı rəsmi açıqlama verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 23-də 1996-cı il təvəllüdlü şəxs hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib.

“Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib. Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb.

Lakin yanvarın 24-də yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”, - TƏBİB-dən bildirilib.

Seçilən
2
6
bakupost.az

10Mənbələr