“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə xanımın fikirləri geniş şəkildə işıqlandırılmayıb. Onun şəhidlərlə bərabər, Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib”.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda öz əksini tapıb.
VHP Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlmə də olmadığını vurğulayıb.
“Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”.
Xatırladaq ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Modern.az-a açıqlamasında mərhumun qardaşı Hacı Elçin deputatın iradına belə cavab verib:
"Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır. Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər".
Telegram kanalımız