AZ

Terimin komandası evdə rəqib tanımır

Fatih Terimin komandası növbəti oyununu keçirib.

''Football-plus.az'' xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda ''Əl-Şabab'' ''Əl-Fayha''nı qəbul edib. ''İmperator''un komandası doğma fanatları önündə keçirdiyi qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri Abderrazak Hamdallanın qolu ilə fasiləyə öndə yollanıblar. Qonaqlar ikinci hissənin əvvəllərində hesabı bərabərləşdiriblər. Amma bundan öncəki ''Ər-Riyad''a qarşı ev oyununda olduğu kimi Hamdalla yenə Terimin komandasının qəhrəmanına çevrilib. 34 yaşlı merakeşli futbolçu əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib (2:1).

Türkiyəli mütəxəssisin komandası hələ ki, evdə və səfərdə fərqli qrafik cızır. Ər-Riyad təmsilçisi Terimin dönəmində keçirdiyi hər 3 rəsmi ev oyunundan 2:1 hesablı qələbələrlə ayrılıb. Amma komanda səfərdə keçirdiyi hər iki görüşdə uduzub. Xalını 29-a yüksəldən ''Əl-Şabab'' yenə də 6-cı pillədədi.

Komanda növbəti turda Stiven Cerrardın çalışdırdığı və 12-ci pillədə qərarlaşan ''Əl-İttifaq''ın qonağı olacaq.

ƏLİ

Seçilən
6
3
football-plus.az

3Mənbələr