İraqın şimalında 2, Suriyanın şimalında 13 terrorçu zərərsizləşdiriliib.
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi əməliyyatlarla daha 15 PKK terrorçusunu zərərsizləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı "Gara" bölgəsində aşkarlanan 2 PKK terrorçusunu, Suriyanın şimalında isə "Fərat Qalxanı" və "Barış Pınarı" bölgələrində aşkarlanan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatları davam etdirəcəyik", - məlumatda qeyd olunub.