Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Qarabağ”la qarşılaşacaq “Olimpiakos”un futbolçularına bu görüşdə qazanılacaq qələbəyə görə böyük məbləğdə mükafatlar vəd edilib.
Bizim.Media xəbər verir ki, bu vəd “Olimpiakos”un prezidenti Vangelis Marinakis tərəfindən verilib. Lakin Yunanıstan mətbuatı konkret hansı məbləğin müzakirə olunduğunu açıqlamayıb.
"Olimpiakos" - "Qarabağ" matçı yanvarın 30-da Pireydə keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Ağdam təmsilçisi pley-off şansını itirsə də, “Olimpiakos” birbaşa 1/8 finala yüksələ bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta