2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər – 12 milyard 781 milyon manat vəsait transfert edib.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 8,9% çoxdur.
Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4%-ni təşkil edib.