AZ

Meksika körfəzi “Amerika körfəzi” kimi təqdim edilməyə başlanılıb – Trampın fərmanından sonra

“Google Maps” şirkəti artıq Meksika körfəzini “Amerika körfəzi” kimi adlandırmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, texnologiya nəhəngindən bildirilib ki, artıq sözügedən coğrafi məkan amerikalı istifadəçilər üçün bu adda göstəriləcək. Digər ölkələrdə isə hər iki ad bir anda istifadə olunacaq.

Şirkət xəritələrindəki adlandırma siyasətinin hökumət mənbələrinə əsaslandığını bildirib. Dəyişikliyin GNIS verilənlər bazasını yenilədikdən sonra bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ Daxili İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın fərmanına uyğun olaraq Meksika körfəzinin adının Amerika körfəzi adlandırıldığını açıqlayıb. Trampın digər fərmanı ilə Şimali Amerikanın ən hündür zirvəsinin yenidən MakKinli dağının adını daşıyacağı da bildirilir. ABŞ iddia edir ki, əvəllər Meksika körfəzi kimi tanınan Amerika körfəzi ölkənin tarixində və iqtisadiyyatında ən mühüm sərvətlərdən biridir.

Xatırladaq ki, ad dəyişikliyi Meksikanın əks reaksiyasına səbəb olub. Meksika Prezidenti Klaudia Şeinbaum istehza ilə “bundan sonra Şimali Amerikaya Meksika Amerikası”, - şəklində münasibət bildirib.

“AzPolitika.info”

Seçilən
27
50
azpolitika.info

10Mənbələr