![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/videodan_skrin_280125.webp)
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"i yenidən fəallaşıb. Bununla bağlı “Trend”ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq Qazax istiqamətində ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilərdə onların fəaliyyətlərini diqqətlə izləyirlər.