Türkiyənin məşhur müğənnisi Teoman 18 ildən sonra filmə çəkilir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sonuncu dəfə 2007-ci ildə “Romantik” filmində rol alıb.
“Aşk sadece bir an” adlı yeni ekran işində davakar, yaraşıqlı və xarizmatik “Levent” adlı bar sahibini canlandıran Teoman, filmdə qonaq aktyor kimi yer aldığını bildirib:
“Qonaq aktyor olmağı xoşlayıram. Çəkiliş meydançasında saatlarla vaxt keçirmək mənə görə deyil”.
Onun filmdəki tərəf müqabilləri Nilsu Berfin Aktaş varlı bir ailədə böyüyən və hüquq fakültəsi tələbəsi Hayal, reper Çakal isə Rüzgar obrazını canlandıracaqlar.
Film fevralın 14-də nümayiş olunacaq.