AZ

“Bayer”in Azərbaycan versiyası - Berdiyev olasan, bəxtin olsun!

Ötənilki «Bayer»in Azərbaycan versiyası peyda olub.

Son dəqiqələrin xoşbəxti…

Bu, «Turan Tovuz»dur.

Kurban Berdiyevin komandası Premyer Liqanın geridə qalan 20 həftəsində 9-cu qələbəsini qazandı. Və yenə 90+ qolları ilə.

«Qarabağ» üzərində əldə olunan 3 xalı Berdiyev Allahın onlara yardımı ilə əlaqələndirdi.

Baş məşqçinin şükranlığını çatdırdığı Uca Tanrı isə artıq 6-cı dəfədir «Turan Tovuz»un harayına yetişir.

«Şamaxı» ilə səfər və ev oyunlarını deyək.

«Zirə» ilə ev oyununu deyək.

«Kəpəz»lə ev oyununu deyək.

«Sabah»la səfər oyununu deyək.

Daha hansını deyək..?

«Bayer» də keçən mövsüm belə idi. Bundesliqanın 10-dan artıq matçında 90+ qolları ilə qələbə qazanaraq, 31 illik kubok həsrətinə son vermişdilər.

Azərbaycanda belə bəxtəvərlik yalnız «Turan Tovuz»un qismətinə yazılıb hələlik.

«Bayer» yenə gözəl oyunla, çoxsaylı qol epizodları yaradaraq, rəqiblərindən üstün təsir bağışlayaraq istəyinə çatırdı,

Berdiyevin «Turan»ı isə tam əksinə. Layiq olmadıqları halda, sırf bəxtə-xuda 3 xal qazanır.

Bu komandanın oyununda müsbət heç nə yoxdur. Berdiyevin tətbiq etdiyi model çirkin futboldur.

90 dəqiqə topu ora-bura vur, rəqib müdafiədə adi bir səhvə yol versin, topu qapıdan keçir, bitdi!

73 yaşlı adamın oynatdığı futbola baxırsan, ürəyin bulanır, ödün ağzına gəlir, gedib başını atıb yatmaq istəyirsən.

Bir az keçəndən sonra Azərbaycan futbolunda belə bir deyim yaranacaq - Kurban Berdiyev olasan, bəxtin olsun!

MUSA

Seçilən
9
50
sportinfo.az

10Mənbələr