AZ

UNEC beynəlxalq reytinqdə yenidən ölkə birincisi oldu

Bakı, 28 yanvar, AZƏRTAC

Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan “Webometrics” (Ranking Web of Universities 2025 ) növbəti reytinq siyahısını açıqlayıb.

200-dən çox ölkədən, 32 mindən çox ali təhsil müəssisəsinin reytinqini müəyyən edən “Webometrics”də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinciliyini qorumaqla yanaşı, dünya sıralanmasında 120 pillə irəliləyərək 2840-cı yerə yüksəlib. Reytinqə Harvard Universiteti liderlik edir.

Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Qeyd olunub ki, “Webometrics” dünya universitetlərinin akademik və rəqəmsal fəaliyyətlərini qiymətləndirən ən böyük reytinq sistemidir.

Seçilən
2
8
azertag.az

10Mənbələr