AZ

Aİ-nin yeni sanksiyaları “öz ayağına atəş açmaq”dır

Almaniyanın Avropa İttifaqının (Aİ) Rusiya əleyhinə sanksiyalarında iştirakı ölkənin öz ayağına atəş açması deməkdir. Bunu Bundestaqın “Sara Vagenknecht –  ağıl və ədalət uğrunda ittifaq” partiyasından deputatı Sevim Daqdelen deyib. Məlumatı “İzvestiya.ru” verib. 

Yanvarın 27-də o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “ABŞ-da hər beş atom elektrik stansiyasından biri Rusiyadan gələn uranla işləməyə davam etdiyi halda, iqtisadi müharibə, sadəcə olaraq, öz ayağına atəş açmaqdır.

Onun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları Almaniya üçün xüsusilə dağıdıcıdır. O, Aİ-nin sanksiyaları uzatmaq qərarına görə bu il Almaniya iqtisadiyyatında tənəzzül olacağını proqnozlaşdırıb.

Yanvarın 27-də Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya əleyhinə sanksiyaların altı ay müddətinə uzadıldığını rəsmən təsdiqləyib. Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto isə bildirib ki, Budapeşt Avropa Komissiyasından tələb olunan enerji təhlükəsizliyi təminatlarını alıb və bu zəmanət olmadan Rusiyaya qarşı sanksiyaları uzatmaqdan imtina edib.

P.ƏMİRCANOV
XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr