AZ

Kimyaçı alimin yeni monoqrafiyası çap olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərovun “Molekulda tiokarbamid fraqmenti saxlayan heterotsiklik birləşmələr” adlı monoqrafiyası “Elm” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, akademik Vaqif Fərzəliyevin redaktorluğu ilə nəşr olunan kitabda kükürd və azot əsaslı heterotsiklik üzvi birləşmələrin sintezi və çevrilmələrinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar, həmçinin müəllifin son 10 ildə apardığı elmi araşdırmaların nəticələri yer alıb.

Tsiklik tiokarbamid törəmələrinin və onların metal komplekslərinin model karbohidrogenin kumolun oksidləşmə reaksiyalarında antioksidləşdirici təsir mexanizminin kinetik üsulla tədqiq edilməsi, həmin birləşmələrin quruluşu ilə antioksidləşdirici xassələri arasındakı əlaqəni xarakterizə edən parametrlərin müəyyənləşdirilməsi istiqamətində aparılmış araşdırmalar da kitabda öz əksini tapıb.

Kitab üzvi kimya üzrə tədqiqatlar aparan elmi işçilər, ali məktəb müəllimləri, doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulub.

Seçilən
10
17
tehsil.biz

10Mənbələr