AZ

Şahin Bağırov: "Hamı maaşını alacaq"

Şahin

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri əməkhaqqı ala bilmir. 

Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlərin olduğu bildirilirdi. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var idi. 

Mia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gününsəsi.info-ya açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - deyə sədr bildirib.
Seçilən
3
10
reyting.az

10Mənbələr