AZ

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilmişdir

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa 27 yanvar 2025-ci il tarixdə dəyişiklik edilmişdir.

Belə ki, dəyişikliklə Qanunun 9-cu maddəsi yeni redaksiyada verilmiş və bununla da cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətə baxılma qaydası qanunla müəyyən edilmişdir. 

Yeni redaksiyada müəyyən edilmiş maddənin tələblərinə əsasən məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 (beş) gün müddətində baxılır. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq uzadıla bilər. Qısamüddətli mühafizə orderinin verilməsi halında isə şikayətə müraciət edildiyi vaxtdan 24 saat keçənədək baxılır.

Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ , zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.

  Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

1. məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

2. məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

3. əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Seçilən
3
19
xalqqazeti.az

10Mənbələr