AZ

NATO və Aİ müdafiə xərclərini artırmalıdır - Almaniya kansleri

NATO və Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalıdır. Bu, Rusiya Federasiyasının kölgə donanmasından gələn təhlükə ilə bağlıdır.

Redaktor.az "Tagesschau"ya istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

O bildirib ki, Avropa NATO və Aİ ölkələri müdafiə xərclərini artırmağa davam etməlidir.

"NATO-nun "Baltic Sentinel" əməliyyatı Baltik dənizinin mühafizəsini və dəniz dibindəki kritik infrastrukturu yaxşılaşdıracaq", - Şolz deyib.

Kansler xatırladıb ki, NATO ümumi təhlükəsizliyin təminatçısıdır və Alyansın bir çox üzvləri son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıblar. Şolz həmçinin qeyd edib ki, Rusiyaya qarşı müdafiə kampaniyasında Ukraynaya dəstəyin davam etdirilməsi lazımdır.

“Və biz razıyıq ki, NATO-nun Avropa hissəsini gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq”, - o əlavə edib.

Turan İSMAYIL

 

Seçilən
18
5
redaktor.az

10Mənbələr