AZ

Jurnalistlər üçün əlçatan deputat - Yubileyini qeyd edir

2020-ci ilin yanvarında uzun, incə bir yola çıxdıq. O, deputatlığa namizəd, mən isə vəkil idim. Tək mən deyildim, Cəbrayılın sayılıb-seçilən ziyalılarının, şəhid ailələrinin, müharibə veteranlarının, sadə insanların böyük əksəriyyəti onun ətrafında cəm olmuşdu.

Cəbrayıllılar özlərinin alim övladını deputat seçmək üçün səfərbər olmuşdular...

Bakıdan Şəkiyə, Qubadan Qazaxa kimi uzun bir yol qət etdik. Harda bir cəbrayıllı vardısa, görüşünə getdik, əvvəl danışdıq, sonra dinlədik. Hamıdan az o danışdı. Heç vaxt boğazdan yuxarı vəd vermədi. Heç vaxt yalan danışmadı. Həmişə eyni sözü dedi: "Yaxşı gündə də, pis gündə də yanınızda olacağam".

O, söz verdi, cəbrayıllılar səs verdilər...

Beş ildir ki, Milli Məclisdə seçicilərini ləyaqətlə təmsil edir. Sözünün üstündə dayanıb; yaxşı gündə də, pis gündə də yanımızdadır. Buna görə də ötən il seçicilər ona ikinci dəfə etimad göstərdilər. O, deputat fəaliyyəti, parlamentdəki və mediadakı sağlam mövqeyi ilə bir rayona deyil, bir xalqa vəkillik edir.

Təkcə seçicilər üçün deyil, həm də jurnalistlər üçün əlçatan deputatdır.

Camaatın içinə çıxmağa üzü, xalqa deməyə sözü var.

Bu gün Milli Məclisin deputatı Ceyhun Məmmədovun 50 yaşı tamam olur.

Ürəkdən təbrik edir, çətin, şərəfli vəzifəsində yeni-yeni uğurlar arzulayırıq!


Seymur Verdizadə

Seçilən
8
50
modern.az

10Mənbələr