Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasnın (HƏP) Xankəndi şəhər təşkilatı yaradılıb.
Bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilib. Mərdan Rizayev partiyanın Xankəndi Şəhər Təşkilatının sədri vəzifəsinə təyin olunub.
Haqq Ədalət Partiyasının “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada siyasi partiya üzvlərinin reyestrində partiya üzvlüyünə xitam verilmiş və yeni üzvlərin cəlb olunması ilə dəyişiklər edilib.
Hesabat dövründə Haqq Ədalət Partiyasına 2551 nəfər daxil olub, 18 nəfər xaric edilib.
HƏP üzvlərinin reyestr məlumatları Ədliyyə Nazirliyinə təqdim edilib.
Xatırladaq ki, Əli İnsanov 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunub.2019-cu ilin noyabr ayında, Haqq Ədalət Partiyasının qurulduğunu elan edib. 25 yanvar 2020 tarixində Haqq Ədalət Partiyasının Təsis Konfransında partiya sədri seçilib.
"Cebheinfo.az"