Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampa tələblər irəli sürüb.
Publika.az xəbər verir ki, Zelenski əmin olduğunu bildirib ki, Trampın dövründə atəşkəs sazişi bağlamaq mümkündür, lakin Ukraynanın sülh danışıqlarına cəlb olunmasını tələb edir.
“Əks halda bu işləməyəcək. Çünki Rusiya silahlı münaqişəni dayandırmaq istəmir, amma Ukrayna bunu istəyir”, - prezident bildirib.
Ukrayna lideri Trampın sülh prosesi ilə bağlı nüansları başa düşdüyünə inanır və qeyd edir ki, münaqişə həll olunmalıdır, yoxsa işlər daha da pisləşəcək. Eyni zamanda, Zelenski Rusiyanın hərbi əməliyyatları dayandırmaq istəyinə şübhə edir.