AZ

Bələdiyyə seçkilərini 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək

 

Sabahkı bələdiyyə seçkiləri üçün akkreditasiyadan keçmiş müşahidəçilərin sayı açıqlanıb.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, seçkiləri 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək:

"Seçkidə müşahidə aparmaq istəyən media nümayəndələri də heç bir quruma müraciət etmədən, tək jurnalist vəsiqəsi ilə bütün seçki məntəqələrində sərbəst müşahidə apara bilərlər. Azərbaycan bu baxımdan ilk ölkədir ki, jurnalistlərə belə imkan yaradılıb".

Seçilən
3
45
missiya.az

10Mənbələr