AZ

Yer kürəsində Everestdən 100 dəfə yüksək olan iki dağ var - Alimlər

Elm adamları bildiriblər ki, indi hazırda dünyanın ən hündür dağ zirvəsi hesab olunan Everestin hündürlüyündən 100 dəfə yüksək olan iki gizli dağ aşkar olunub.

Herbiand.az bildirir ki, bu barədə Daily Mail xəbər verir.

Everestin 8848 metr hündürlüyündə olduğu bilindiyi halda, gizli dağların hündürlüyü inanılmaz dərəcədə yüksəkdir - 1000 kilometr. Heç bir alpinist bu zirvələrə qalxa bilməyəcək, çünki onlar planetin səthinin altında təxminən 2000 kilometr dərinlikdə gizləniblər.

Tədqiqatın aparıcı müəllifi doktor Arven Deusun sözlərinə görə, o və komandası dağların ən azı yarım milyard yaşında olduğunu hesablayıb. Bununla belə, alimlər istisna etmirlər ki, gizli dağlar əslində planetimizin yarandığı vaxta - yəni təxminən dörd milyard il əvvələ aid ola bilər.

Məlumdur ki, iki nəhəng dağ Afrika və Sakit Okeanın altında, Yerin nüvəsi ilə mantiya arasındakı sərhəddə - yer qabığının altındakı yarı bərk bölgədə yerləşir. Doktor Deuss qeyd edir ki, heç kim onların nə olduğunu və ya müvəqqəti olub olmadığını, yaxud milyonlarla, hətta milyardlarla ildir mövcud olub-olmadığını bilmir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
2
herbiand.az

3Mənbələr