AZ

Çin yeni texnologiya təqdim etdi

Çinin Elm və Texnologiya Universitetinin alimləri litium ionlarını azot dioksidi ilə reaksiyaya salmaqla litium batareyalarının təkrar emal edilməsi üçün ekoloji cəhətdən təmiz texnologiyanı təqdim edib. 

KONKRET.az “Nature Sustainability” jurnalına istinadən xəbər verir ki, professor Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu litium ionlarının azot dioksidi ilə qarşılıqlı təsirinə əsaslanan unikal elektrokimyəvi proses hazırlayıb. Texnologiyanın özəlliyi yüksək emal səmərəliliyini təmin edən yalnız qələvi metalların keçməsinə imkan verən keramika membranının istifadəsidir. Test nəticələri göstərib ki, litiumun 97%-ə qədəri tullantı akkumulyatorlardan bərpa oluna bilər və təkrar emal olunmuş materialın hər kiloqramı üçün 66 vatt elektrik enerjisi istehsal olunar. Alimlər onu da qeyd ediblər ki, bu proses bahalı kimyəvi maddələrin istifadəsini tələb etmir və ətraf mühitə zərərli təsirləri xeyli azaldır. Azot dioksidi sənaye emissiyalarından ayırmaq üçün elm adamları dimetilformamid əsasında elektrolit olan sərfəli karbon membranlarından istifadə etdilər. Litium ionları ilə reaksiyaya girdikdə, saf litium nitrat əmələ gəlir və eyni zamanda elektrik enerjisi yaranır. Tədqiqatçıların fikrincə, yenilik litium batareyalarının təkrar emalına yanaşmanı kökündən dəyişə bilər. Yeni texnologiya hər il zibilxanalara göndərilən on minlərlə ton işlənmiş batareyanın daha ekoloji cəhətdən təmiz və sərfəli şəkildə utilizasiyası perspektivini açır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
6
21
konkret.az

10Mənbələr