AZ

Bu böyük bank da Rusiyanı tərk edir - 700 milyon avro ziyan edib

Hollandiyanın ən böyük maliyyə qrupu olan ING Group Rusiyadakı biznesini satır. Beləliklə, ING Rusiya bazarındakı fəaliyyətinə faktiki olaraq son qoyacaq. 

“AzPolitika” xəbər verir ki, maliyyə qrupunun yaydığı bəyanatda belə deyilir.

Qrup 1993-cü ildən fəaliyyət göstərən ING Bankın (Avrasiya) səhmlərinin 100%-nə sahibdir. 2024-cü ilin dekabrına olan məlumata görə, o, Rusiya banklarının reytinqində 66-cı yerdədir.

ING-nin bəyanatında deyilir ki, alıcı Moskvada yerləşən Global Development JSC-dir. Onun baş direktoru AA Group şirkətinə də rəhbərlik edən Andrey Muravyovdur. Gözlənilir ki, ING bu sövdələşmədən təxminən 700 milon avro itirəcək.

“AzPolitika.info”

Seçilən
3
2
azpolitika.info

3Mənbələr