AZ

Almaniyada biznes pessimizmi artır: İqtisadi böyüməyə ümid azalır– ÖZƏL

Olaylar.az xəbər verir ki, 2025-ci ilin əvvəlində Almaniya iqtisadiyyatı yeni narahatlıqlarla üzləşib. Bloomberg-in məlumatına görə, ölkədə şirkətlər gələcək perspektivlərini daha pessimist dəyərləndirir, bu da yaxın zamanda iqtisadi artımın qeyri-mümkün olduğunu göstərir.

Ifo İnstitutunun yanvar ayı üçün hesabladığı biznes iqlimi indeksi 84,2 bala düşüb (dekabrda 84,4 bal idi). İnstitutun prezidenti Klemens Füstdün fikrincə, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi və Almaniyadakı qarşıdan gələn seçkilər biznesin investisiya qərarlarını təxirə salmasına səbəb olur.

"Bu il də çətin keçəcək", - deyə Füstd vurğulayıb. Almaniya ikinci il dalbadal iqtisadi tənəzzül yaşayıb. Sənaye sektorundakı problemlər, zəif xarici tələbat, yüksək kredit faizləri, yaşlanan işçi qüvvəsi və Çindən asılılıq vəziyyəti daha da ağırlaşdırır.

İqtisadçı Martin Ademmerin sözlərinə görə, xüsusilə istehsalat sektorunda biznes gözləntiləri pisləşməkdə davam edir və bu, ölkənin iqtisadi perspektivlərini daha da qeyri-müəyyən edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
28
olaylar.az

10Mənbələr