AZ

Qulaqlarda səslər nədən XƏBƏR VERİR?

“Qulaqlarda səs və digər eşitmə şikayətlərinin olması həkimə mümkün qədər tez müraciət etmək üçün yaxşı bir səbəbdir”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu otorinolarinqoloq Marina Evsikova deyib.

O qeyd edib ki, qulaqlarda müşahidə olunan səslərin bir çox səbəbləri var. Tinnitus xarici və orta qulaqda yaranan zədə, qulaq borusunun disfunksiyası, qulaq infeksiyaları və ya otoskleroz kimi problemlər nəticəsində yarana bilər.

Simptom daxili qulaqın patologiyası, qan damarları, şişlərlə bağlı problemlər, həmçinin müəyyən dərmanların qəbulu səbəbindən görünə bilər.

Evsikova bildirib ki, tinnitusun dəqiq səbəbini öyrənmək üçün həkim bir neçə tədqiqat təyin edə bilər. “Vəziyyətdən asılı olaraq, xəstəyə timpanometriyadan keçmək tövsiyə olunur – qulaq pərdəsinin hərəkətliliyinin və orta qulaq boşluğunda təzyiqin qiymətləndirilməsi, həmçinin eşitmə qabiliyyətini öyrənmək üçün audiometriya. Bəzi hallarda həkim temporal sümüyün kompüter tomoqrafiyasını, beynin maqnit rezonans tomoqrafiyasını təyin edir”, – deyə həkim qeyd edib.

Evsikova əlavə edib ki, eşitmə sinirinin pozulması halında müalicənin effektivliyi terapiyanın nə qədər tez başlamasından çox asılıdır. Buna görə də o, eşitmə problemi yaranarsa, həkimə müraciət etməyi təxirə salmamağa çağırıb.

 

Seçilən
9
medianews.az

1Mənbələr