AZ

Koreyalı əsgərlər Ukrayna ilə döyüşdə köhnə üslubdan istifadə edirmiş

Şimali Koreya əsgərləri Rusiyanın Kursk vilayətində cəbhə xəttindən geri çəkilib. Metbuat.az xəbər verir ki, hərbçilər ağır itki verdikdən sonra geri çəkilib. “Sky News” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin komandanının məlumatına görə, Kim Çen Inın ordusu ya döyüş meydanında səhvləri təhlil edir, yaralıları müalicə edir, ya da əlavə qüvvələr gözləyir. Ukraynalı döyüşçülər Şimali Koreya əsgərlərinin Rusiya ərazisində necə döyüşdüyünü təfərrüatlı şəkildə açıqlayıblar. Ukrayna əsgərlərinin sözlərinə görə, təcrübəsiz Şimali Koreya əsgərləri təlim keçsə də, İkinci Dünya Müharibəsinin qaydaları ilə döyüşürlər.

Şimali Koreya əsgərlərinin İkinci Dünya Müharibəsindəki kimi 20-60 nəfərlik qruplar şəklində hücuma keçməsi onların asan hədəf olmasına səbəb olur. Məsələn, PUA və artilleriyadan gələn təhlükələr barədə onlara məlumat verilmir. Şimali Koreya əsgərləri atəş altında olsalar da, yoldaşları ətraflarında ölüb yaralansalar da irəliləyirlər. Bəzi əsgərlər əsir düşməmək üçün özlərini qumbaralarla partladıblar. Ukraynalı komandir bildirib ki, onlardan biri intihar etməzdən əvvəl “General Kim Çen In üçün!” - deyə qışqırıb. Şimali Koreya və Rusiya qüvvələri dil səbəbindən koordinasiya qura bilmir. Bildirilir ki, Şimali Koreya ordusu ruslardan daha yaxşı təchiz olunub, onların müasir avtomatları və uniformaları var. Lakin Şimali Koreya hərbçilərinin ağır texnikaları yoxdur, çünki onlar yalnız piyada hərəkət edirlər.

Seçilən
14
metbuat.az

1Mənbələr