AZ

Erməni diplomat Paşinyanın “soyqırım” açıqlamalarını tənqid etdi: “Bu, absurddur və birtərəflidir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, 28 yanvarda Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi, diplomat Vaagn Melikyan jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyanın İsveçrədə erməni icması ilə görüşü zamanı səsləndirdiyi "erməni soyqırımı" ilə bağlı bəyanatlarını sərt tənqid edib.

"Bu, bir şəxsin söylədiyi absurddan başqa bir şey deyil, hətta düşməncəsinə yanaşma kimi də qəbul edilə bilər. Erməni faktorunu kənara qoyaq. Təsəvvür edin ki, dünyanın bir çox parlamentləri bu faktı qəbul edib, bu isə həmin ölkələrin nümayəndələrini alçaltmaq deməkdir. Mən buna qiymət vermək belə istəmirəm, çünki lüğətimdə belə bir söz yoxdur. Diasporadakı milyonlarla bacı-qardaşımız, həyatını bu məsələyə həsr edən insanlar haqqında danışmağa isə ehtiyac yoxdur," - deyə Melikyan bildirib.

Diplomat Ermənistan hökumətinin apardığı diplomatiyanı da tənqid edib:
"Diplomatiya ikitərəfli məsələlər üzərində qurulmalıdır. Burada ikitərəflilik görürsünüzmü? Burada yalnız birtərəflilik və davamlı güzəştlər var. Əgər sən 1-2 dəfə güzəştə gedirsənsə, bu, daimi hal alacaq. Əgər əvvəlcədən güzəştləri dayandırmağı, öz şərtlərini irəli sürməyi bacarmırsansa, burda diplomatiya yoxdur," - deyə keçmiş XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan İsveçrədə erməni icması ilə görüşündə "Biz erməni soyqırımının tarixini yenidən araşdırmalıyıq. Baş verənləri, nəyin və necə olduğunu, bunu necə qəbul etdiyimizi, hansı vasitələrlə qəbul etdiyimizi anlamağa çalışmalıyıq," - deyə bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
50
olaylar.az

10Mənbələr