AZ

Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib.

O ki qaldı, Bakı şəhərinin nəqliyyat infrastrukturuna, mən indi bu məsələyə gələcəyəm.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

"Amma ondan əvvəl son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil", - Prezident qeyd edib.

Seçilən
1
2
operativmedia.az

3Mənbələr