AZ

Lapid: "Tədbir görülməsə, HƏMAS dirçələcək"

Bu sözləri İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının sədri Yair Lapid İsrail Təhlükəsizlik Komandirləri Qrupunun Tel-Əvivdə keçirilən konfransındaçıxışızamanı dilə gətirib. O söyləyib ki, Qəzza zolağında atəşkəs "hələ müharibənin sonu deyil".

"Dünən yüz minlərlə qəzzalının Netsarim dəhlizindən keçərək zolağın şimalına qayıtmasını görən hər kəs düşünür ki, müharibə başa çatıb. Hərçənd hələ danışılası məsələlər var. Görünür, bu Netanyahu hökuməti dövründə reallaşmayacaq. Çünki Baş nazir Benyamin Netanyahu Fələstin Muxtariyyətinin Qəzzada idarəçi qalması ilə ümumiyyətlə razılaşmır. Əgər Fələstin Muxtariyyəti kənarlaşdırılsa, deməli, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya da danışıqlara qoşulmayacaq",- Lapid vurğulayıb.

Müxalifət lideri diqqətə çatdırıb ki, Tramp administrasiyası bu məsələdə "Səudiyyə tərəfi ilə ayrılıqda razılığa gəlib saziş imzalaya bilər".

"Zənnimcə, İsrail hökuməti masa arxasında oturmasa belə, onlar İsrail-Fələstin münaqişəsinin həllinə dair saziş imzalayacaq siyirməyə qoyacaqlar. Bu qətiyyən yaxşı fikir deyil. Tramp administrasiyası belə addım atarsa, özünün bütün potensialını əldən verər. Birmənalı razılaşmaq lazımdır ki, İsrail Qəzza məsələsi üzrə danışıqlarda Fələstinin iştirakına icazə verməsə, zolağın idarəsi alternativsiz HƏMAS terrorçularına qalacaq",- siyasətçi deyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
32
azvision.az

10Mənbələr