Türkiyənin Muğla şəhərinin Köyceğiz rayonunda əri Yunus Qorqud tərəfindən yemək bişirmədiyi üçün döyülən 25 yaşlı Ummuhan Qorqud həyatını itirib.
News24.az medianews.az-a istinadən xəbər verir ki, beyin əməliyyatından sonra reanimasiyaya aparılan qadının bu gün səhər saatlarında dünyasını dəyişdiyi öyrənilib.
Yunus Qorqud həbs olunub.
O, prokurorluğa verdiyi ifadəsində “Yemək bişirməməyimizlə bağlı həyat yoldaşımla aramızda mübahisə olub. Daha sonra qoyunlara baxmaq üçün evin arxasına keçib. Gecikdiyi üçün onu yoxlamağa gedəndə ağzından köpük gəldiyini gördüm. 112 Təcili Zəng Mərkəzinə zəng edib xəbər verdim” deyib.