AZ

Aİ Suriya banklarına qarşı sanksiyaları yüngülləşdirə bilər

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları yumşaltmağı düşünür.

Qaziler.az bildirir ki, TASS bu barədə Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bank və investisiya sektorunda sanksiyalar yumşaldıla bilər.

Qeyd edək ki, ötən gün Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların yumşaldılması prosesinə başlamaq qərarına gəldiyini açıqlamışdı. Kallas qeyd edib ki, bu istiqamətdə iş operativ şəkildə aparılacaq, lakin Brüssel Dəməşqin hərəkətlərini bəyənməsə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

QAZİLER.AZ

Seçilən
1
11
qaziler.az

10Mənbələr