Bakı. Trend:
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”naməxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasınəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın cinsli) müalicəsiYeni Klinikada davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.
Bildirilib ki, reanimasiya şöbəsində müalicə alan şəxsinvəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilənşəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Stasionar şöbədə müalicə alan Nurullah Siracov və MüslimatSiracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bugün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinəköçürülüb.
Ümumilikdə, təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıqambulator müalicə üçün evə yazılıb.
Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahəhəkimləri tərəfindən nəzarətdə saxlanılır.