Ötən il sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 752 milyon 712 min manat təşkil edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 165 milyon 387 min manat, yaxud da 28,2% çoxdur. 2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 587 milyon 325 min manat sığorta ödənişi edilib.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişini 418 milyon 779 manat həcmi ilə “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti edib. İkinci yerdə 141 milyon 292 min ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 53 milyon 230 min sığorta ödənişi ilə “Atəşgah Həyat” ASC tutub.
Bu dövrdə ən az sığorta ödənişi edən şirkət “İpək Yolu Sığorta” ASC (256 min manat) olub.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Sığorta şirkətləri |
Sığorta ödənişləri (2024, yanvar-dekabr) |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
418 779 |
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
141 292 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
53 230 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
29 018 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
17 351 |
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
15 699 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
13 875 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
12 099 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
9 951 |
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti |
6 408 |
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
5 937 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
4 297 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
4 279 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 730 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
1 527 |
Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti |
1 028 |
“İpək Yolu Sığorta” ASC |
256 |
Əvəz Həsənov