AZ

Ötən il Azərbaycanın sığorta şirkətləri 1,4 milyard manata yaxın haqq hesablayıblar - 11% ARTIM

2024-cü ildə Azərbaycanın sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min maat sığorta haqları hesablanıb, 752 milyon 712 min manat sığorta ödənişləri həyata keçirilib.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ildə 1 milyard 222 milyon 537 min manat sığorta haqları hesablanmış, 587 milyon 325 min manat sığorta ödənişləri həyata keçirilmişdi. 

Beləliklə, ötən il hesablanmış sığorta haqarı 130 milyon 648 min manat və ya 10,7%, sığorta ödənişləri isə 165 milyon 387 min manat və ya 28,2% artıb.

Seçilən
9
23
marja.az

10Mənbələr