AZ

Ledi Qaqa “Elle”də - FOTOLAR

Amerikalı müğənni və aktrisa Ledi Qaqa “Elle” jurnalının fevral ayı buraxılışının üz qabığında əsas sima seçilib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, 38 yaşlı müğənni nəşrə müsahibə verib, eyni zamanda fotosessiya etdirib.

Pərəstişkarlarının çoxdan gözlədiyi yeddinci albomu “Mayhem”in buraxılmasına hazırlaşan sənətçi bu barədə də söz açıb. Həmçinin iş adamı olan nişanlısı Maykl Polanski ilə münasibətlərindən də danışıb. O, sevgilisi ilə birlikdə daha sağlam həyat yaşadığını söyləyib. 

“Biz birlikdə makaron hazırlayırıq. Bundan başqa, Mayklın anası ilə sadə yeməklər bişirməyi çox sevirik. Polanski “Mayhem”də yer alan bir neçə mahnını yazmağa da kömək edib. Məni ən çox təəccübləndirən onun nə qədər sürətli olması idi. Bir mahnının bu qədər tez ərsəyə gəlməsinə inana bilmirdim. Beş dəqiqə ərzində mahnının 80 faizi hazır olurdu”, - Ledi Qaqa əlavə edib.

​​​​​​"Cebheinfo.az"

Seçilən
5
18
cebheinfo.az

10Mənbələr