İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən Əli Şadmani “Suxoy-35” (Su-35) qırıcısının İranın hava qüvvələrini gücləndirmək məqsədilə Rusiyadan alındığını bildirib.
Turkustan.az xəbər verir ki, təyyarələrin hələ də sifariş mərhələsində olduğu düşünülür.
Təyyarələrin İrana təhvil verilib-verilməməsi ilə bağlı dəqiq bir şey deməyən Şadmani deyib: "İran lazım gəldikdə hərbi imkanlarını gücləndirmək üçün alış-veriş etməyə davam edəcək. Bizim hərbi istehsalımız da artır"-deyə, bildirib.
Son zamanlar İsrailin İrana hücumu barədə danışılsa da, Şadmani istənilən hücumun cavabsız qalmayacağını bildirib. “Düşmən axmaqcasına hərəkət edərsə, o, bizim raketlərimizlə vurulmağın acısını dadacaq və onun işğal olunmuş ərazilərdəki ünsürlərindən heç biri təhlükəsiz olmayacaq".
İran əvvəllər Su-30 döyüş təyyarələri almaq istəyirdi, lakin Rusiyanın tərəddüdləri səbəbindən satış baş tutmadı. İranın hava qüvvələrində 5-ci nəsil döyüş təyyarəsi olmadığı üçün hava qüvvələrinin İsrail qarşısında aciz qalacağı düşünülür. Su-35-in alınması bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Aytən Yaşar/ Turkustan.az